Uzun müddətdir ki, Facebook-un AndroidiOS tətbiqlərində istifadə olunan stickerlər fərqli görüntülü smileyləri ilə artıq veb interfeysində də istifadə olunaraq söhbətlərinizə rəng qataraq onları daha da əyləncəli və maraqlı edəcək. Əvvəllər "Facebook Messenger"dən göndərilə bilən stickerləri veb interfeysində görmək mümkün olsada, birbaşa olaraq veb interfeysindən göndərilməsi mümkün deyildi.




Söhbət “chat” bölməsinə əlavə olunmuş yeni "smile" stickerlərindən gedir. İndi artıq hər kəs üçün əlçatan olan bu stickerlərdən istifadə edə və “sticker store” düyməsini klikləyərək ödənişsiz olaraq təqdim olunan fərqli stickerləri hesabınıza əlavə edə bilərsiniz.




Sözügedən sticker xüsusiyyəti Facebook-da işləyən Sophie Xie tərəfindən hazırlanmışdır. Lakin dizaynerin şirkətdən vaxtsız ayrılması ilə əlaqədər olaraq, stickerlər digərləri tərəfindən istifadə olunmağa başlandı.




Hələlik “Meep, Pusheen, Beast, First Mate, Happy-Go-Lucky, Prickly Pear, Banana, Wide Eyez, Skullington, Bun, Hatch, Napoli, Tigerbell, Mango və Despicable Me 2” kimi bir neçə aktiv sticker paketləri istifadəyə verilib. “Despicable Me 2” sticker paketini mesajlaşma platformasını əlavə edən Facebook marka stickerlərindən gəlir əldə etmək niyyətindədir.