İnternet-mağaza Paxlava.com və ölkənin kommersiya bankı Nikoil Bank, internet-mağaza vasitəsi ilə yeni istehlak kreditləri xidmətinin tətbiqinə başlayırlar.


 


İndi Paxlava.com internet-mağazasında müştərilər qiyməti 300 azn-dən 1000 azn-ə qədər olan istənilən malı kreditə ala biləcəklər. Kredit müqaviləsi mal ilə birlikdə müştərilərin ünvanına çatdırılır və bununla da onlar banka getmədən, istədikləri malı kreditə ala bilirlər.


 



Yaxın gələcəkdə kredit limitinin həcmi 1500 azn-ə çatdırılması nəzərdə tutulub.



Yeni kredit xidmətindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Bərdə və Qəbələ şəhərlərində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşları yararlana bilərlər.


 



Kreditlərin verilməsi ilə bağlı suallar yarandıqda, alıcılar aşağıdakı telefon nömrələri vasitəsi ilə əlaqə saxlaya bilərlər:


Əlaqə: +(994 12) 436 71 45;  +(994 55) 944 47 07