Unibankın “Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!” adlı tirajlı stimullaşdırıcı lotereyası əhali arasında böyük marağa səbəb olub.


 


Bu kampaniya  çərçivəsində  mayın  20-dən  avqustun 31-dək  Unibankda depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi  olmaq imkanı qazanacaq.


 



Lotereyada  ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO  məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində  ən azı 12 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək.  Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN qazanacaq. Bir qalib isə 2013-cü il istehsalı olan Chrysler 200 Touring 2.4 avtomobili qazanacaq.


 



Unibankda depozitlər maksimal 15.7%-lə və ən çoxu 36 aylıq müddətədir. 


12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda 12%, fazilərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq 12,1 və 12,2 faiz hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə 12,5%  hesablanır.


 



Kampaniya haqqında haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud  Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.