Nar Mobile mobil operatorunun sponsorluğu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı Yaradıcılıq Mərkəzinin (Baku Creative Center) təşkilatçılığı ilə iyunun 4-dən iyulun 10-dək keçirilən və Azərbaycanın 11 şəhər və rayonunu əhatə edən “Azerbaijan Art Festival - 2013” (Azərbaycan İncəsənət Festivalı) layihəsi uğurla başa çatdı.


Festival çərçivəsində Bakı, Salyan, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı, Xaçmaz, Sumqayıt şəhər və rayonlarında sərgilər və ustad dərsləri keçirilmişdir. Keçirilən sərgilərdə ümumilikdə 17 rəssamın 40-dək əsəri nümayiş olunmuş, o cümlədən yaradıcı potensialı olan gənclər üçün ustad dərsləri keçirilmişdir.


 



“Biz Nar Mobile olaraq, Azərbaycan xalqının milli və mədəni irsinin qorunub saxlanmasına və inkişafına yönələn layihələrə daima dəstək olmağa çalışırıq, məhz buna görə də Azərbaycan İncəsənət Festivalının keçirilməsi ideyasını alqışla qarşıladıq və bu təşəbbüsə dəstək olduq. Festival çərçivəsində bölgələrdə 400-dən çox istedadlı gəncə ustad dəstləri keçirilmişdir. Sevinirik ki, Festival Azərbaycanın rayon və şəhərlərində maraqla qarşılanmışdır. Bu kimi layihələri gələcəkdə davam etməyi düşünürük”, deyə c-b Kent Maknili, Azerfon MMC-nin Baş İcraçi Direktoru bildirib.


 



Xatırladaq ki, layihənin əsas məqsədi səyyah sərgilər və ustad dərslər sayəsində ölkənin şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, onlara dəstək verməklə yanaşı, sərgilənəcək rəngkarlıq, qrafika, heykəltaraşlıq əsərlər təqdim etməkdir.