"Marketoloq biznesin həkimidir” deyəndə, ağlınıza ilk nə gəldi? Təbii ki, sağlamlıq və bazar- tamamilə fərqli anlayışlar. Fəaliyyət sahələri müxtəlif olan bu iki ixtisasda müəyyən oxşarlıqlar var. Marketoloq həkim kimi müəssisəni “dinləyir”, aparılmış analizlərdən sonra “diaqnozu” verir və resepti-marketinq planını verir. Beləliklə, müəssisə “sağalır” və bazardakı fəaliyyətini davam etdirir.
Qaydalar:
- Müsabiqə elan olunur -11.07.2013.
- Müsabiqənin 1-ci mərhələsi-12.07.2013-22.07.2013 keçirilir. Ən yaxşı 10 loqo seçilir(say artırıla bilər).
- Müsabiqənin 2-ci mərhələsi- 24.07.2013 keçirilir.
- Təqdimatda iştirakçılar öz işlərini təqdim edir I,II ,III yerlər müəyyənləşdirilir .
- Hazırlanmış loqoları(1 neçə cümlə izahatı ilə birlikdə) qeydiyyat formunu ilə birlikdə elan olunmuş müddətdə logomusabige@marketing.az elektron ünvanına göndərilməlidir.
- Loqoların sayına məhdudiyyət qoyulmur – yəni hər bir iştirakçı bir neçə loqo göndərə bilər.
- Göndərilən loqolara müəlliflik hüquqları AMC-ə məxsus olacaq.
- Göndərilən loqolar bu vaxta kimi heç bir yerdə yayımlanmamalıdır.
- Loqolarda AMC-nin maraqları nəzərə alınmalıdır.
Şərtlər:
- Loqolar istənilən formada göndərilə bilər(photoshop,əl ilə çəkilmiş və s.).
- Loqo MÜTLƏQ rəngli olmalıdır(izahatı olduqda ağ-qara ola bilər).
- İşlər , konseptual yanaşma, estetik bütünlük və mövzuya bağlılıq baxımından da qiymətləndiriləcək.
- Loqo aydın oxunaqlı olmalıdır.
- Orijinal olmalıdır.
- İşlər başqa təşkilat və qurum loqolarına bənzəməməlidir.