Honda UK şirkəti mühəndislərinin 65 il ərzində göstərdikləri bacarığının şərəfinə yaradılmış "Hands" adlı yeni çarxını təqdim etdi.
Britaniyanın Channel 4 kanalında nümayiş olunduğu kimi, asanlıqla avtomobilin və ya motosiklin digər bir modelinə transformasiya olunan "oyuncaqlar" əllərin diribaşlığı ilə nümayiş olunub. Çarxı həmçinin mühəndisin nişanlarıyla markanın saytından izləmək olar.
Kadrda hər yeni modelin yaranması ilə çaxrda "mühəndisin nişanlarını izlə" düyməsi meydana çıxır. Onu basıqda izləyici modelin üzərində yaranmış manəalar haqda informasiya ilə tanış ola bilər. 1958 Super Cub, 1961 2RC143, 1972 Honda Civic, 1990 NSX, 1993 Honda Dream Solar Car, Honda FourTrax ATV, E1 Asimo Miimo, 2003 Honda Jet, 2008 FSC Clarity, Honda CR-V, 2011 Honda Jazz və 2013 Racing Fireblade kimi modellər haqqında daha ətraflı məlumat da əldə etmək olar. Kampaniya Wieden+Kennedy agentliyi tərəfindən hazırlanmışdır.