“Hyundai” şirkəti Azərbaycanın ali məktəblərinə bu il daxil olanlar üçün endirim kampaniyasını elan edir.


 
Şirkətdən verilən məlumata görə, ali məktəblərə bu il daxil olanlar qəbul imtahanında topladıqları balların 2 misli məbləğində “Hyundai” şirkətində endirim alacaqlar.

“Toplanan bal nə qədər yüksək olarsa, endirim bir o qədər çox olacaq. Bu, çoxillik zəhmətləri qarşılığında “Hyundai” şirkətinin Azərbaycan gənclərinə etdiyi təşəkkürdür”, - deyə şirkətin məlumatında deyilir.
 
Sentyabrın 30-dək davam edəcək kampaniya bu vaxtadək “Auto Azərbaycan” şirkətinin anbarında mövcud olan və satışa təqdim edilən bütün “Hyundai” minik avtomobillərinə aiddir. Kampaniyada iştirak etmək üçün tələbə TQDK tərəfindən verilən iş nömrəsi, həmin vaxt üçün etibarlı şəxsiyyət vəsiqəsi, ali məktəbə qeydiyyatdan keçməsini təsdiq edən sənədlə “Auto Azərbaycan” şirkətinə və ya istənilən rəsmi “Hyundai” dilerinə yaxınlaşa bilər. Kampaniya çərçivəsində həm nağd, həm də kredit şərti ilə avtomobil almaq mümkündür. Avtomobil alarkən tələbəyə qəbul imtahanında topladığı balın iki mislinin manat ekvivalentində endirim təqdim edilir.
 
“Hyundai”ın yeni kampaniyası övladlarına “Universitetə daxil ol, sənə maşın alacağam” deyə söz verən valideynlərin də qayğısını azaldır. Şirkət bu kampaniyanı həm də cəmiyyətə savadlı övladlar bəxş edən ailələrə hədiyyə kimi təqdim edir”, - şirkətin məlumatında deyilir.
 
Kampaniya çərçivəsində alınacaq avtomobil tələbənin özündən başqa, birinci dərəcəli qohumlarının da adına rəsmiləşdirilə bilər.