Bir müddət öncə Demo versiyasını istifadəyə verən mobil reklam texnologiyası – Manads iyulun 15-i Beta versiyanı istifadəyə verib. İstifadəçilərə real pullar qazandıran Beta versiyada öncəkindən xeyli fərqli funksiyalar istifadəyə verilib. Yeni versiyada istifadəçilər özlərinin qazandıqları, həmçinin şəbəkələrindən qazandıqları pulun miqdarını, onlara qazandıran zənglərin, sms-lərin sayını, gündəlik, həftəlik və aylıq balanslarını proqramda izləyə bilirlər.


Bundan başqa istifadəçiyə şəxsi məlumatlarını, telefon nömrəsini, şifrəsini dəyişmək üçün imkanlar yaradılıb.
 
Qeyd edək ki, Manads proqramı sizə mobil telefonunuzdan reklamları izləyərkən pul qazanma imkanını yaradır. Təklif edilən xidmət vasitəsi ilə siz onsuz da gündəlik etdiyiniz və hətta etməyə məcbur qaldığınız zənglərə cavab verməklə xərclərinizin müəyyən qismini qarşılaya bilərsiniz. Artıq zəng etməyə xərclədiyiniz pulları, zəngləri qəbul edərkən qazanacaqsınız.
 
İşləmə mexanizmi: İstifadəçi “Google Play”-dən tətbiqi mobil telefonuna yüklədiyi andan zənglər zamanı reklam məhsullarını izləməyə başlayacaq və bu zaman hər reklama görə müəyyən məbləğ pul hesabına daxil olacaqdır.
 
Yüklə, Bax, Qazan və Paylaş prinsipi ilə işləyən sistem hal-hazırda yalnız android əməliyyat sistemi ilə işləyən telefonlar üçün nəzərdə tutulub. Ortalama hesabla hər istifadəçi ay ərzində mobil tətbiqi istifadə etməklə 12-45 azn qazana bilərki bununla öz aylıq danışıqlarını ödəyə biləcəkdir. Qazanılmış pulları nağdlaşdırmaqla yanaşı müxtəlif yerlərə ödənişlər etmək mümkün olacaqdır.