Coca-Cola və Yapı Kredi Bank, Ramazan ayını Azərbaycan xalqı ilə maraqlı kampaniya keçirməklə qeyd edir.
“Coca-Cola Azərbaycan”ın yaydığı məlumata görə, Yapı Kredi Bankın Worldcard Classic, Gold və Platinium kartları ilə hər hansı bir World-ə üzv olan müəyyən marketin Azərbaycan ərazisində yerləşən POS terminalları vasitəsi ilə edilmiş alış-verişin hər 20 manatına - 2,25 litr həcmində Coca-Cola hədiyyə edilir.
“Coca-Cola Azərbaycan”-ın Marketing Meneceri Səhər Poyrazoğlu bildirib: "Bu kampaniya vasitəsi ilə Coca-Cola Azərbaycan xalqına Ramazan ayı münasibəti ilə təbriklərini çatdırmaq istəyir və belə sevincli bayramı qeyd etməkdə kömək edə bildiyinə çox sevinir!". Kampaniya 2013-cü il, Avgustun 11-nə qədər davam edəcək. Kampaniyalar haqqında Facebook səhifəsindən və worldcard.com.az saytında daxil olaraq öyrənə bilərsiniz.