Madeyra brendi saytını yeniləyərək istehlakçılara istifadəsi daha rahat, dizayn nöqteyi-nəzərdən isə daha müasir bir sayt təqdim etdi. Brendin mebel sektorunda fəaliyyət göstərməsi saytın dizaynında da öz əksini tapmışdır. Belə ki, standart bəyaz fon əvəzinə qəhvəyi rəngdə taxta teksturalı fondan istifadə edilmişdir.


 



Saytın əhəmiyyətli bir yeniliyi daha isə məhsul qiymətlərinin göstərilməsi və kredit kalkulyatorunun yerləşdirilməsi olmuşdur. Məhsula yönəlik hazırlanmış yeni saytda istifadəçilər rahatlıqla istədikləri məhsulu tapıb həm nağd satış, həm kreditli qiymətini görə bilərlər.


 



Madeyra brendinin üstünlüyü mebelin təkcə dəst şəklində yox,  hissələrlə də satışıdır. Bu prinsip saytda da öz əksini tapmışdır. Belə ki, istifadəçilər bəyəndikləri modelin tam dəst qiyməti ilə yanaşı,  hissələr üzrə qiymətini görüb evlərinə uyğun komplektasiyada alış etmək imkanı əldə edirlər.


 



Bütövlükdə sayt müştəri yönümlülüyü ilə seçilir. Sayt istifadəçiləri onlayn rejimdə kataloq sifariş edə, müştəri xidməti ilə əlaqə saxlaya, brend və məhsullarla bağlı istənilən məlumatı operativ əldə edə bilərlər.


 



Xatırladaq ki, Madeyra brendi Azərbaycan bazarına 2010-cu ildə daxil olmuşdur. Hal-hazırda eyni adda səksənə yaxın brend mağaza fəaliyyət göstərir.


Məhsullarla və saytla daha yaxından www.madeyra.com ünvanında tanış ola bilərsiniz.