“AtaBank” ASC-nin 2013-cü ilin iyun ayının maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olmuşdur. Belə ki, 2012-ci ilin iyun ayı ilə müqayisədə aktivlər 28.9% və ya 68.1 mln manat artaraq 303.5 mln. manat olmuşdur.


 


Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərə çarpacaq dərəcədə artım olmuşdur. Ümumi kredit portfeli 32.3% və ya 53.3 mln. manat artaraq, 218.4 mln. manat təşkil etmişdir.


 



Hesabat tarixinə bankın depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 29.1% və ya 57.2 mln. manat artaraq, 254.0 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2012-ci ilin iyun ayında bu göstərici 196.8 mln. manat təşkil etmişdir.   Eyni müddət ərzində əhalinin müddətli əmanətləri 44.8 mln. manat və ya 41.3% artaraq 153.0 mln. manatı keçmişdir.


  



2012-ci ilin iyun ayı ilə müqayisədə nizamnamə kapitalı 11.9% və ya 2.9 mln. manat artaraq 27.9 mln. manat olmuşdur.


 



1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 24 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.


 



Daha ətraflı məlumat üçün www.atabank.com  saytına və ya  www.facebook.com/atabank  səhifəsinə daxil olmaq olar.