İyulun 17-də  KSM Azərbaycan (Korporativ sosial məsuliyyət - Azərbaycan) şirkəti tərəfindən “CSR World Velo Tour” layihəsi çərçivəsində təşkil edilmiş “Feel the world” (“Dünyanı hiss edək”) devizi altında keçirilən dünya velosiped turuna start verilib.


 



Layihənin məqsədi cəmiyyətin, KİV-in və şirkətlərin diqqətini korporativ sosial məsuliyyət məsələlərinə cəlb etməkdir.



 


Velosiped turu Gürcüstan, Ukrayna, Polşa, Latviya, İsveçrə, Danimarka, Almaniya, Belçika, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Türkiyə, Misir Azərbaycan ərazisində keçiriləcəkdir. Tur bu ilin sentyabr ayına qədər davam edəcəkdir. Beynəlxalq layihənin iştirakçıları hazırda Gürcüstandadırlar.


 



Xatırladaq ki, ölkələr arasında olam məsafə təyyarələr və digər nəqliyyat vasitələri ilə gerçəkləşəcəkdir. Hər bir  şəhərdə velosipedlə qət ediləcək məsafə 40 km-dir. Dünyaya bir mesaj xarakteri daşıyan “CSR World Velo Tour” layihəsində istənilən şəxs iştirak edə bilər.


 



Bunun üçün www.csrworldvelotour.com saytında qeydiyyatdan keçməli və ya özü haqqında məlumatları info@csrworldvelotour.com saytına göndərərək yuxarıda göstərilən ölkələrin hər hansı birində iştirakçılara qoşulmalıdırlar.


 



Daha ətraflı məlumat layihənin rəsmi səhivəsindən www.csrworldvelotour.com və ya facebook sosial şəbəkəsindən əldə edilə bilər.


 



Xatırladaq ki, KSM Azərbaycan xarici və yerli şirkətlərlə əməkdaşlıq edərək əvvəllər də müxtəlif KSM layihələr həyata keçirib. Belə layihələr arasında beynəlxalq layihələr də yer alıb. «CSR World Velo Tour» layihəsi də qlobal  layihədir.


 



Bu layihənin reallaşmasında GAZELLI Group, Simbrella United Sport şirkətlərinin dəstəyi böyükdür. Texniki dəstək isə MobiTel şirkətinə məxsusdur.


 



«CSR World Velo Tour» layihəsi bütün dünyanı KSM-ə daha həssas yanaşmağa və bu layihənin bir hissəsi olmağa dəvət edir.