ManADS iyulun 20-si Samsung GALAXY hədiyyəli müsabiqə keçirdi. Müsabiqəyə 102 nəfər ümumilikdə 214 bilet qazanmışdı.


 


Tədbiri giriş sözü ilə açan Manads-ın marketinq meneceri Orxan Rzayev tədbir iştirakçılarını salamladıqdan sonra Manads şirkəti, layihənin keçmişi və hazırkı vəziyyəti barədə iştirakçılara məlumat verdi.


 


Daha sonra çıxış edən Manads şirkətinin direktoru Vaqif Abbasov ManADS-ın fəaliyyəti, yaxın günlərdə istifadəçilərə təqdim ediləcək yeniliklər, ümumiyyətlə Manads-ın gələcək planları haqda məlumat verdi. O bildirdi ki, yaxın günlərdə Manads istifadəçi paneli təqdim ediləcək ki, hər bir istifadəçi öz səhifəsinə daxil olub, profili haqda bütün statistik məlumatları görə biləcəklər.


 


Vaqif Abbasov həmçinin qeyd etdi ki, istifadəçilər pullu reklamlarla yanaşı, pulsuz reklamlar da izləyirlər. Bir müddət sonra istifadəçilər pulsuz reklamlardan xallar qazanacaqlar ki, bu xallar vasitəsilə hər ay keçiriləcək viktorinaya bilet əldə edəcəklər, həmçinin xalları başqa bir neçə üsulla istifadə edə biləcəklər.


 


Daha sonra Manads-ın partnyor şirkətlərindən olan Multibon şirkətinin həmtəsisçisi Orxan Əhmədov çıxış edərək, Multibon haqda iştirakçılara məlumat verdi.


 


Çıxışlardan sonra müsabiqəyə start verildi. 102 nəfərin istifadəçi adı qeyd edilmiş 214 bilet, iştirakçıların qarşısında bükülərək qutuya atıldı. Qutudakı biletlər bir neçə dəfə qarışdırıldıqdan sonra tədbirin xanım iştirakçılarından biri Samsung GALAXY S4 hədiyyəsinin qalibinin adını çıxartdı. Bu, “ehmedov” adlı istifadəçi oldu. Telefondan başqa müsabiqədə həvəsləndirici hədiyyələr də oynanıldı. “mehdi777″ 500 GB-lıq Hard Disc, “ramil” Jabra Bluetooth, muradmalikov” isə Android radio-mp3 player hədiyyəsini qazandı.


 


Tədbirdə həmçinin Manads-ın Demo versiyasında 10 AZN-dən çox balans yığmış istifadəçilərə 28 Cinemaya bilet hədiyyə olundu.