Bu istirahət günlərində, Unibankdan hədiyyə qazanmaq şansını qaçırmayın. İyul ayının hər həftə sonu, ALBALI kart sahibləri 3 ay və ondan yuxarı taksitlə alış- veriş edərsə, əlavə olaraq Bankdan 3 ay daha uzun müddətə ödəniş imkanı hədiyyə ediləcək. Məsələn: müştəri şənbə və bazar günlərində mağazadan 3 ay ödəmə müddətli malı alır, lakin Banka 6 ay taksitlə ödəyir.
Bu gün Albalı kart Azərbaycanın nağdsız ödənişlər üzrə dövriyyəsində xüsusi paya sahibdir. ALBALI kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var. (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp).
İndi hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az və ya www.unibank.az saytına daxil olaraq, müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ ALBALI kartındakı son səkkiz rəqəmi daxil etməklə, kartının tranzaksiyalarını izləyə, borcları haqqında məlumat ala bilər.
Unibankın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 700-dən artıq partnyor mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir.Ödənişi Unibankın istənilən filialındakı Cash-in terminallarında, MilliÖn paypointlərində, www.unibank.az və hesab.az saytında aparmaq mümkündür.
Müştərilər ALBALI kartı Unibankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan filiala yaxınlaşmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.
“Albalı” kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.