Iyul ayının 13-dən 21-nə kimi etibarən Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyi, Smart Training & Support təşkilatçılığı, “+ MORE” meyvə şirələrinin sponsorluğu və facemark.az portalının informasiya dəstəyi ilə Azərbaycan Gənclik, Mədəniyyət, İncəsəsnət və Elm Evinin təlim salonunda “Peşəkar Karyerada İlk Addımlar” adlı seminar təlim keçirilmişdir. Təlim Smart Training & Support”un təlimçisi, Avis Tibbi Marketlər Şəbəkəsinin marketing meneceri, Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin Təhsil Departamentinin rəhbəri Murad Məlikov tərəfindən keçirilmişdir.
Seminarda aşağıdakı mövzular müzakirə olumuşdur.
- Fərdi tanışlıq
- Beyin Fırtınası
- Baxış tərzi (Empatiya)
- Şirkət nədir? Haradır?
- Öz yerini tapmaq üçün
- Biznes etika və ya iş əxlaqı
- İntervyuda yol verilən yanlışlar və CV yazma qaydaları
Ümumilikdə 21 nəfərin iştirak etdiyi təlimlərdə 14 fərqli şirkətindən nümayəndə iştirak edib. Bir neçə şirkətdən HR, Retail, Brand Menecer, Marketinq meneceri, PR və başqa üzrə mütəxəssis qonaqlar dəvət olunaraq gənclərə faydalı məlumatlar verilmiş və onların sualları cavablandırılmışdır.
Təlimin əsas məqsədi profesional karyerada ilk addımlarını atan gənclərə əsas məqamları xatırlatmaq, onları gözləyən çətinliklər və mümkün perspektivlər haqqında məlumatlandırmaq olmuşdur.Təlim məqsədinə nail olmuşdur. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, bu təlimlər davamlı olaraq müxtəlif mövzularda keçiriləcək. Ümumilikdə VI hissədən ibarət olan bu təlimin II hissəsi oktyabr ayına planlaşdırılır və mövzusu “İdarəetmə və Liderlik” olacaqdır.