Azərbaycanda ilk Bonus Cashback və Sosial şəbəkəsi olan MultiBon Facebook səhifəsində istifadəçiləri arasında “Mənim MultiBon təcrübəm” adlı müsabiqəyə start verib. Müsabiqənin şərtlərinə əsasən, İstifadəçilər MultiBon sistemi ilə tanışlıqları, kart əldə etmə və MultiBon kartından istifadə etdiyində başına gəlmiş maraqlı bir əhvalatı MultiBon-un facebook səhifəsində paylaşmalıdır. Qısa məqalə formatında olan bu müsabiqənin qalibləri, ən çox “Like” toplamış istifadəçilər olacaqdır. Əhvalat və hekayələr həm maraqlı, kreativ və ən əsası MultiBon-dan istifadə etmə prosesini özündə tərənnüm etdirməlidir. Bu barədə məlumat verən, MultiBon şirkətinin həm- təsisçisi Orxan Əhmədov bu tip müsabiqənin keçirilməsində əsas məqsədin, MultiBon-u istifadəçilər arasında daha yaxşı tanıtmaq ilə yanaşı, Multibon-a istifadəçi gözü ilə baxaraq, xidmət keyfiyyətini qaldırmaq və istifadəçilərə yönəlik düzgün istiqamət seçmək olduğunu bildirmişdir.


 


Artıq Müsabiqə çərçivəsində onlarla istifadəçi öz kiçik əhvalat və fikirlərini MultiBon və facebook istifadəçiləri ilə paylaşaraq, əvəzolunmaz təcrübələri ilə bölüşüblər. Müsabiqə çərçivəsində Qaliblərə aşağıdakı hədiyyələr veriləcək:


 


- MultiBon bonus balansına 50 AZN hədiyyə


- Gazelli-dən 30 AZN dəyərində hədiyyə kartı


- Restoranda şam və yaxud nahar yeməyi


 


Bundan əlavə, “Like” sayları nəzərə alınmadan MultiBon heyəti tərəfindən seçiləcək bir istifadəçiyə həvəsləndirici hədiyyə təqdim ediləcək.


 


Xatırladaq ki, MultiBon sistemi özündə Bonus Cashback və Sosial şəbəkəni birləşdirir. İstənilən şəxs Pulsuz qeydiyyatdan keçərək, Pulsuz MultiBon Bonus kartını əldə edə və 200-ə yaxın partnyor müəssisənın mal və xidmətlərinə görə ödəmə etdiyinidə 25%-dək Bonus qazana bilər. Toplanan bonuslar Partnyor müəssisələr şəbəkəsində Pul əvəzi istifadə edilməklə yanaşı, müxtəlif endirim və hədiyyələr ilə əvəz edilə bilər.



MultiBon sistemində qeydiyyatdan keçmək üçün www.multibon.az saytına daxil olaraq, qeydiyyat məlumatlarını doldurmaq lazımdır.