Hər il şirkətlər reklama külli-miqdarda pul xərcləyir, lakin reklamın konkret nəticələrini və effektivliyini hesablamaq əksər hallarda mümkün olmur. Yeni mobil reklam texnologiyası – Manads isə reklamverənlərə geniş statistik məlumatlar təqdim edir ki, nəticədə şirkətlər reklamın nə dərəcədə effektiv olduğunu müəyyən edə bilirlər.
Infipro Inc. Vençur Kapitalı şirkətinin dəstəyilə yaradılmış Manads şirkəti reklamı çatdırmağın yeni, maraqlı və ən əsası, qazandıran yoludur. İstifadəçilər öz telefonlarında reklamları daxil olan zənglərdən əvvəl, zənglərdən sonra, daxil olan sms-lər zamanı izləyirlər. İstifadəçilər buna görə pul və xallar qazanırlar.
Manads reklamının ən böyük üstünlüklərindən biri ondan ibarətdir ki, reklam posterləri istifadəçilərə 100% göstərilir. Sifarişin növündən asılı olaraq, reklamverən bir istifadəçiyə gün ərzində bir neçə dəfə reklamı göstərə bilmə imkanına sahibdir.
Payız aylarından etibarən reklamverən şirkətlər seqmentləşmiş auditoriyaya (hədəf kütlələrinə) uyğun olaraq reklam məlumatlarını müştərilərinə çatdıra biləcəklər. Manads artıq bu istiqamətdə işlərə başlamışdır. Şirkətlər məhsullarının monitorinqini (nəzarəti) apara biləcək, eyni zamanda istifadəçilər arasında qısa sorğular keçirə biləcəklər.
Test mərhələsini bitirib, real pullar və xallar qazandıran Beta versiyasını istifadə verdiyi gündən Manads-a olan istifadəçi marağı xeyli artıb. Manads tətbiqinin yüklənmə tempi və istifadəçi bazası sürətlə artmaqdadır.
Manads tətbiqini istifadə etmək üçün tətbiqi Play Marketdən (Play Store) və ya www.manads.az veb səhifəsindən yükləyib, qeydiyyatdan keçmək lazımdır. Bundan sonra istifadəçi, reklamları izlədikcə pul və xal qazanır. Dostlarını Manads yükləməyə dəvət edən istifadəçilər daha çox qazanırlar.
Qeyd edək ki, Infipro Inc. informasiya texnologiyası, internet və proqram təminatı üzrə ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya edən vençur kapitalı şirkətidir.