Dünyanı hiss etmək niyyətində olan həmvətənkərimiz “CSR World Velo Tour” layihəsi çərçivəsində Gürcüstan, Ukrayna, Polşa və Latviyanı geridə qoyararaq bugün İsveçə yola düşəcəklər. Bütün şəhərlərdə korporativ sosial məsuliyyət-KSM dəyərlərini təbliğ edən velosiped turuna fəal gənclər və sosial məsuliyyətli insanlar qoşulurlaraq dəstək verirlər.
Xatırladaq ki, iyulun 17-də KSM Azərbaycan (Korporativ sosial məsuliyyət - Azərbaycan) şirkəti “CSR World Velo Tour” layihəsi çərçivəsində təşkil edilmiş “Feel the world” (“Dünyanı hiss edək”) devizi altında keçirilən dünya velosiped turuna start verib.
Layihənin məqsədi cəmiyyətin, KİV-in və şirkətlərin diqqətini korporativ sosial məsuliyyət məsələlərinə cəlb etməkdir.
Velosiped turu Gürcüstan, Ukrayna, Polşa, Latviya, İsveçrə, Danimarka, Almaniya, Belçika, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Türkiyə, Misir və Azərbaycan ərazisində keçiriləcəkdir.
Dünyaya bir mesaj xarakteri daşıyan “CSR World Velo Tour” layihəsi boyunca hər şəhərdə 40 km velosiped sürüləcək.
Ukraynada komandamıza böyük dəstək və maraq CSR Ukraina tərəfindən göstərilib. Layihəni və ümumilikdə bu ideyanı böyük maraqla və alqışla qarşılayan ukraynalılar da velotura qoşulub. Eyni maraq və dəstək qonşu Gürcüstanda, Polşada və Latviyada da göstərilib.
Şüarı Feel The World –Dünyanı hiss edək, olan «CSR World Velo Tour» layihəsi həqiqətən hər kəsi dünya qarşısında olan sosial məsuliyyəti haqqındı düşünməyə vadar edir. Çünki insanları çox nadir hallarda korporativ sosial məsulliyyət məsələləri maraqlandırır. Lakin bir aydan çox davam edəcək layihə isə ən azından bu müddət ərzində insanlıq üçün çox önəmli olan KSM mövzusunu gündəmdə saxlamağa kömək edəcək.
Turun əlamətdar və yaddaqalan məqamlarından biridə komanda üzvlərinin hər ölkədə çəkilən karikaturalarıdır.
«CSR World Velo Tour» layihəsinin reallaşmasında GAZELLI Group, Simbrella və United Sport şirkətlərinin dəstəyi böyükdür. Texniki dəstək isə MobiTel şirkətinə məxsusdur. "
Bunun üçün www.csrworldvelotour.com saytında qeydiyyatdan keçməli və ya özü haqqında məlumatları info@csrworldvelotour.com saytına göndərərək yuxarıda göstərilən ölkələrin hər hansı birində iştirakçılara qoşulmalıdırlar.
Marşrut və layihə haqqında daha ətraflı məlumat layihənin rəsmi səhivəsindən www.csrworldvelotour.com və ya facebook sosial şəbəkəsindən əldə edilə bilər.