Amerika Ticarət Palatası (AmCham) World Vision Azerbaijan və UAFA ilə birlikdə hazırladığı “Gate Keeping” layihəsi çərçivəsində aztəminatlı ailələrdə yaşayan əlil uşaqlara yardım əlini uzadır. Bu məqsədlə, sosial sahədə çalışan şəxslər və UAFA əməkdaşlarının yaxın köməyilə Bakı, Siyəzən və Lənkəran şəhərlərində xeyriyyə aksiyaları keçirilmişdir.


 


Bu dəfə də, Amerika Ticarət Palatasının İKT Komitəsinin üzvləri birgə sosial layihəyə imza atıblar.  Belə ki, Nar Mobile mobil operatorunun də qoşulduğu bu xeyirxah təşəbbüs çərçivəsində aztəminatlı ailələrdə yaşayan və fiziki imkanları məhdud olan əlil uşaqlara planşetlər, noutbuklar və USB-modemlər hədiyyə edilmişdir. Bu dəfə də öz ənənələrinə sadiq qalan Nar Mobile xeyriyyə aksiyasında iştirak etmiş və hər zaman diqqət və qayğıya ehtiyac duyan əlil uşaqlara internetə rahat qoşulmaları üçün USB-modemlər hədiyyə etmişdir. 


 


Qeyd etmək lazımdır ki, əlil uşaqların informasiya texnologiyalarından istifadə etmələri onların qlobal İnternet şəbəkəsinə qoşulmaları, cəmiyyətə daha asan inteqrasiya olmaları, məlumatlanmaları və dünyaya baxışlarının dəyişməsi nöqteyi-nəzərdən çox önəmlidir.