“AtaBank” ASC filial şəbəkəsi ilə yanaşı bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. Bank yeni ünvanda müştərilərin rahatlığı üçün bankomatlar yerləşdirib. Bankomatların biri Mingəçevir şəhərində M.Maqomayev pr., 16/2 ünvanda yerləşən “5+ market”-ndə o biri isə Bakı şəhəri ünvanda yerləşən Sanqaçal qəsəbəsində “AAC” zavodunda quraşdırılaraq müştərilərin ixtiyarına verilmişdir. Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 77 ədəd təşkil edir. Onlardan 3-cü səyyar bankomatlar olan “AtaMatik” Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.
“AtaBank” ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 12-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şırvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.