24 sentyabr tarixində Marketinq One şirkətinin dəvətilə Moskvaya müasir marketinq məktəbinin banisi, öz maştabına görə unikal insan biznes ədəbiyyatının klassikı, mövqeləşdirmə konsepsiyasının müəllifi olan Cek Traut səfər edəcək.



Yəqin ki, Trautun marketinq sənayesini yaratdığını desək çox şişirtmərik. Özünə hörmət edən hər bir marketoloq onun yazılarını oxumuşdur. Ancaq onunla canlı görüşmək və ünsiyyət qurmaq xüsusi bir imkandır.



Cənab Traut öz dünya turnesi daxilində Moskvada Yenidən yüklənmə adlı konsepsiyasını təqdim edəcək. Bu daima krizis və dəyişiklik dövründə uğurlu biznesin qurulmasına həsr olunmuşdur. Çıxış onun bu yaxında işıq üzü görən kitabındakı materiallara və seçilmiş beynəlxalq praktikalara əsaslanmışdır. Xüsusilə rus auditoriyası üçün Cənab Cek çıxışına rus bazarlarından olan keysləri də daxil etmişdir. Görüşün əvvəlində tanınmış rus ekspertləri, həmçinin dünya bazarında liderlik edən rus və beynəlxalq şirkətlərin direktorları çıxış edəcəklər. Onlar Rusiyadakı marketinq idarəetməsinin ən yeni keysləri ilə bölüşəcəklər. Tədbirin bütün iştirakçılarının Cek Trauta sual vermək və kofe breyklar zamanı ünsiyyət qurmaq imkanı olacaq.



Əlavə məlumat üçün bura baxa bilərsiniz https://www.facebook.com/events/137941563075485/