İqtisadi və Sosial İnkişaf Mərkəzi İSİM Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi ilə birgə təşkil etdiyiVətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi 2012 Azərbaycan  layihəsinin 13 avqust 2013 tarixində təqdimatını keçirdi. Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi son 16 il ərzində 29 ölkədə vətəndaş cəmiyyəti təşkilatları sektorunda baş verən dəyişiklikləri izləyir. 2012 ci il üçün İndeks Azərbaycan üçün 4, 7 balla qiymətləndirilir 1 ən yüksək, 7 ən kiçik inkişaf göstəricisidir.


 


 


Layihənin hesabatını təqdim edən Nərmin İbrahimova 2012 VCT lərin qarşılaşdıqları problemlər və VCT sektoruna edilən dövlət dəstəyindən danışıb. Belə ki, 2012 ildə VCT lərin rastlaşdıqları problemlərdən  qeydiyyat prosesi, VCT lərə tətbiq edilən yeni cərimələr, maliyyə imkanlarının kasadlığı, bizneslə vətəndaş cəmiyyəti arasındakı əməkdaşlığın səviyyəsi kimi problemlərdən söz açıb. O cümlədən, 2012 ci ildə dövlət qurumları ilə VCT lər arasında müxtəlif görüşlərin keçirilməsi, dövlət qurumlarının müxtəlif layihələrdə VCT lərə kömək etməsi, onlarla əməkdaşlıq etməsi kimi müsbət addımlardan danışıb.


 


 


Hesabatda qeyd edilib ki, VCT lər regionlar üzrə ciddi fərqlərlə paylanıb. Belə ki, Şabran və Siyəzən kimi rayonlarda bir və ya iki qeydiyyat keçmiş VCT, Qusar və Xızı rayonlarında isə ümumiyyətlə qeydiyyatdan keçmiş VCT yoxdur. 


 



 


Nərmin İbrahimova qeyd edib ki, 2012 ci ildə qeydiyyatdan keçmiş VCT lər 1054 yerli və xarici qrantlardan 39, 5 milyon manat məbləğində vəsait əldə edib. İctimai Təşəbbüslər Mərkəzinin qiymətləndirməsinə əsasən VCT lərin əldə edilən vəsaitlərin 80 faizi xarici donorlar, 15 faizi  dövlət mənbələri və yalnız 5 faizi digər mənbələr, məsələn, üzvlük haqları, xidmərlərin göstərilməsi, fərdi və korporativ ianələrdən daxil olur.


 


 


Hesabatda qeyd olundu ki, 2012 ci ilin sonlarına qədər qeydiyyatdan keçmiş VCT lərin sayı 2850 olub. VCT lər qanunla nəzərdə tutulmuş şəkildə illik hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Qeydiyyatdan keçmiş VCT lərin yalnız 1352 si maliyyə hesabatı təqdim edib.