Təqdimat mərasimində bildirilib ki, 2013-cü ilin iyul ayından feyslift olmuş Porsche Panamera özünün vizual və texniki innovasiyaları ilə bərabər böyük uğurla dünya avtomobil bazarına qədəm qoyub.
Yeni nəsil Panamera modelləri bütünlüklə eksteryer dizaynı, o cümlədən ön projektoru, kapot, radiator barmaqlığı, bamperlər, yan güzgülər, disklərin dizaynı, arxa fənərlər, arxa spoiler və səsboğucu sonluqlarının yeni işlənmiş dizayn dəyişikliyi sayəsində indi daha da dinamik görünüşlü olmuşdur. Əvvəlki Panamera S və Panamera 4S modellərini 4,8 l mühərriklə 400 at gücü hasil etdiyi halda, Yeni Panamera S və 4S artıq 3,0 l bi-turbo mühərrikə təchiz olunaraq 420 at gücünə malikdir. Bu isə daha dinamik və daha qənaətcil deməkdir. Tədbirdə nümayiş etdirilən Panamera GTS modeli 4,8 litrlik 8-silindrli 440 at gücü hasil edən mühərriklə təchiz olunub. Yeni Panamera Turbo 520 at gücü hasil edən mühərrik və bir sıra yardımçı sistemlər sayəsin 0-dan 100 km qədər məsafəni cəmi 3.9 san qət edir.
Təqdim olunan avtomobillər arasında xüsusi olaraq diqqəti cəlb edən yeni Panamera 4S və Panamera Turbo modellərinin Premium Executive versiyasıdır. Onların gövdəsi 15 sm artırılmışdır. Bunun sayəsində arxa sıra sərnişinlərə səyahət zamanı özünəməxsus komfort bəxş edir. Arxa konsoldan avtomobilin bir sıra funksiyalarına nəzarət isə bu komfortu tamamlayır.
Porsche, Panamera modellərinin yeni daha 2 eksteryer rəngini: Rodium gümüşü metallik və şabalıdı-qəhvəyi metallik rənglərini və iki interyer dəri çalarları olan aqat boz dəri və ikirəngli interyer dəri təchizatı olan Qara-Carrera qırmızı rəngi öz müştərilərinə təqdim edir.
Yeni Panamera ilk dəfə olaraq "Lane Departure Warning" opsiyasını təklif edir ki, bu da akustik siqnallar vasitəsilə sürücüyə yol xəttindən kənara çıxmamağı xatırladır. Bu sistem 65 km/saatdan başlayaraq aktiv olur.
360 dərəcə tam ətraf görünüş kamerası avtomobili rahat park etmək imkanı verir.
Porsche Panamera 140-dan çox təchizat təklif edir ki, bu da onun lyuks sinif seqmentindəki digər rəqiblərinin təklif etdiyindən iki dəfə artıqdır. Porsche daim seçilmək istəyən müştərilərinə öz zövq və istəklərinə uyğun seçim etmək üçün çox geniş eksklyuziv təchizatlar təklif edir.
Bir sözlə yeni Panameranı premium sinif avtomobil seqmentinin yeni etalonu kimi qeyd etmək olar.