Expressbank müştərilərini 01 sentyabr 2013-cü il - 31 oktyabr 2013-cü il-ci il tarixləri aralığında keçirilən kampaniyaya dəvət edir.
Bankın yaydığı məlumatda bildirilir ki, kampaniyada iştirak etmək üçün "Expressbank" ASC-nin emissiya etdiyi VISA Electron və ya Maestro tipli əmək haqqı kartları vasitəsi ilə ən azı 10 AZN məbləğində bir nağdsız əməliyyat etmək kifayətdir.
Əməliyyatların çoxluğundan asılı olaraq iştirakçılar daha dəyərli mükafatların qazanmaq şansını əldə edirlər.
Kampaniya çərçivəsində 3 (üç) növ mükafat oynanılacaq:
- Kampaniyanın keçirilmə müddətində hər biri minimum 10 AZN olmaqla 1 ədəddən 3 ədədə kimi əməliyyat keçirmiş müştərilər 100 AZN məbləğində, 4 və ya 5 ədəd əməliyyat keçirmiş müştərilər 200 AZN məbləğində, 6 və daha artıq əməliyyat keçirmiş müştərilər 300 AZN məbləğində mükafatın oynanılmasında iştirak hüququ əldə edirlər.