Tam yeni kompakt SUV Kia Soul gələn ilin əvvəlləri Avropada satışa buraxılmamışdan öncə 65-ci Beynəlxalq Frankfurt Motor Şouda Avropa debütünü edəcək.
2012-ci il Kia Trackster konseptindən ilhamlanaraq yaradılmış yeni Soul ilk baxışdan onu Soul kimi tanıdan daha müasir və cazibədar görünüş təqdim edir. Avropa spesifikasiyası ilə ilk dəfə təqdim olunan bu yeni avtomobil sələfinin kvadrat qutu formasını, böyük şüşələnmə sahəsi, hündürdə yerləşən fənərlər və SUV avtomobillərinə xas olan əminli yürüşü təmin edən yüksək klirensi özündə əks etdirir. Yeni Soul-un interyeri sürücülərə daha gözoxşayan dizayn və yüksək keyfiyyətli materiallar təklif edir.
2014-cü ildə satışa buraxılacaq avtomobil alıcılarına 3 cür dam rəngi – qara, ağ və qırmızı – və 11 cür eksteryer rəngi ilə təklif olunacaqdır.
Frankfurt avtoşousunda Kia-nın stendində sərgilənəcək iki ədəd yeni Kia Soul bamperin, yan spoylerlərin, təkər arkaların parlaq qara rənglənməsi və qara rəngli dam ilə yeni “SUV Styling” dizayn paketini də nümayiş etdirəcək. Soul üçün nəzərdə tutulmuş yeni aksesuarlar müştərilərə bu unikal kompakt SUV-dən tam zövq almaq imkanı yaradacaqdır.
2014-cü ilin Soul-undakı ən böyük texniki dəyişiklik sonuncu Kia ceed modelinə əsaslanan tam yeni platformanın tətbiqidir. Nəticə: hazırki modellə müqayisədə daha rahat və təkmilləşdirilmiş idarəetmə. Yenilənmiş asqı, 29% daha möhkəm konstruksiyalı kuzov və mükəmməl səs izolyasiyası sayəsində ikinci nəsil Soul keyfiyyət baxımından da sinfində seçiləcəkdir. Salon daxilindəki səs səviyyəsi təxminən üç desibel azaldılıb.
Nisbətən böyük ölçülər yeni modelin alıcılarına daha uzun təkərlərarası baza, daha geniş salon və baqaj yeri təklif edir. Bütün sərnişinlər üçün çiyin səviyyəsində salonun eni, ayaqlar üçün yer və oturacaq-tavan məsafəsi artırılıb. 4% genişləndirilən yük yerinin oturacaqlar şaquli vəziyyətdə həcmi 354 litr (üstəgəl əlavə döşəməaltı yük bölməsi) təşkil edir.
Yeni modelin ətraf mühitlə bağlı performansı da təkmilləşdirilib. Alıcılar 1,6 litr həcmli GDİ benzin və CRDi dizel mühərrikdən və onlarla birgə çalışan 6-pilləli mexaniki və avtomatik transmissiyadan birini seçə bilərlər. Əvvəlki modeldən götürülən hər iki mühərrikin yanacaq sərfiyyatı və zərərli qaz tullantı miqdarı azaldılıb.
Yeni Soul Avropada bir sıra yeni premium xüsusiyyətlərlə (təchizatda asılı olaraq) təklif olunacaqdır. Buraya ön və arxa işıqlandırma sistemlərinə LED-dən istifadə, ksenon faralar, açarsız daxil olma, mühərrikin düymə ilə işə salınması, klimat-kontrol, kruiz-kontrol, dəri oturacaqlar, ventilyasiyalı ön oturacaqlar, isidilən ön və arxa oturacaqlar, panoram tipli şüşə lyuk və isidilən yan güzgülər daxildir.
Tam yeni Kia Soul modifikasiyalar, benzin və dizel mühərrikləri seçimi, spesifikasiyalar və qiymətlər dəqiqləşən kimi gələn ilin əvvəllərində bütün Avropada satışa buraxılacaqdır.
Yeni Kia Soul Azərbaycan bazarında 1.6 GDİ mühərrikin əvəzinə 2.0 MPİ mühərrik təklif olunacaq.