TuranBank yeni “Şəkilli Kartlar” plastik kart məhsulunu təqdim edir.


Bankın yaydığı məlumata görə, “Şəkilli Kartlar” plastik kart məhsulu çərçivəsində müştəri istədiyişəkli seçir, bank isə seçdiylən şəkli plastik kart üzərinə həkk edir.


“Şəkilli Kartların üzərində uşaqlarınızın, ailə üzvlərinizin, yaxınlarınızın, əzizlərinizin rəsmlərini, həyatınızın xoş anlarını və xatirələrini əks etdirən şəkilləri və ya xoşunuza gələn mənzərə şəkillərini yerləşdirə bilərsiniz”,-məlumatda deyilir.


Şəkilli kartlar həm debet, həm də kredit kartları kimi təqdim olunur. Müştərilərin istəyindən asılı olaraq “şəkilllər” MC Standard və Cirrus Maestro kartlarının üzərinə vurula bilər, bir sözlə "Şəkilli Kartlar MC Standard və Cirrus Maestro kartlarının bütün xüsusiyyətlərini özündə birləşdirir.


Bankın yeni məhsulu ilə buradan ətraflı tanış ola bilərsiniz.