03.07.2013 tarixindən etibarən UM Azerbaijan şirkətində media planlaşdırma üzrə təcrübə proqramı keçirilir. Təcrübə proqramının əsas məqsədi Azərbaycanın media bazarının xüsusiyyətləri ilə bağlı biliyin artırılması, media daşıyıcılarının taktik və strateji planlaşdırılmasına dair yanaşmaların tədqiq edilməsi, real kampaniya və brendlər misalında şəbəkə metodologiyalarının praktikada tətbiq olunmasından ibarətdir. Təcrübə müddəti 2 aydır.
Təlimatçı qismində proqramda Azərbaycanda “ADV Group” marketinq kommunikasiyaları qrupunu təqdim edən “Universal McCann Azerbaijan” agentliyinin aparıcı mütəxəssisləri iştirak edirlər. Proqram özünə leksiyaları və məhsulun irəlilədilməsi üzrə media strategiyaların və kommunikasiya planlarının sərbəst şəkildə işlənib hazırlanmasını daxil etmişdir. Proqram ərzində aşağıdakı fənlərə nəzər yetirilmişdir:
- Azərbaycanın media bazarının icmalı və xüsusiyyətləri;
- Media-brif və media strategiyalarının hazırlanması prosesi;
- Media planlaşdırması prosesi;
- Hesabat növləri və analiz;
- Çöl reklamı, mətbuat və İnternet kampaniyalarının planlaşdırma xüsusiyyətləri;
- Sponsor layihələrinin hazırlanması və məhsulun məzmuna inteqrasiya olunması.
Agentliyin mütəxəssisləri “ADV Group”a Azərbaycan bazarında reklam agentlikləri arasında 15 il müddətində aparıcı mövqeyini tutub saxlamağa kömək edən müştəri xidmətləri və reklam kampaniyalarının hazırlanması ilə bağlı sirlərini bölüşürlər.
Qeyd etmək lazımdır ki, UM Azerbaijan şirkətinin keçirtdiyi təcrübə proqramı Azərbaycanda bu sahədə ilk təşəbbüsdür. Ehtimal etməyə bütün əsaslar var ki, istedadlı gənclərin alacağı təməl biliklər onlara professional baxımdan artmağa və gələcəkdə yerli media bazarının inkişafına öz töhfələrini verməyə imkan verəcək.