2013-2014 yeni tədris ili ilə əlaqədar “Bank of Baku” Bolkart istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir.


 


Ənənəvi olaraq yeni dərs ili ərəfəsində valideynlərin xərcləri artır. Beləliklə, 2-6 sentyabr tarixləri arasında hər bir Bolkart sahibi bir çox gündəlik ehtiyaclarını, o cümlədən övladlarının dərs qayğılarını, bu nağdlaşdırma imkanı ilə qarşılaya bilər.


 



2-6 sentyabr tarixləri arasında kartından  pul çıxaran Bolkart sahibləri  oktyabrın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı – 3 %. Nağdlaşdırma limiti 1000 manat təşkil edir. 10 oktyabr tarixindən sonra ödənilməmiş məbləğə görə aylıq 2.5% tutulacaq.


 



Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.