Maykl Benq 2013-cü ilin 16-20 sentyabr tarixlərində Bakıya "Satışla idarə sistemi", "aktiv satış texnikaları" "Görkəmli müştəri xidməti" adlı təlimlərini keçirəcək.


 


Məlumat:


 



Avropada satış təlimləri üzrə bir nömrəli mütəxəssis Maykl Benq, "Dünyanın ən yaxşı satıcısı" adına layiq görülmüş beynəlxalq titul sahibi və satışları idarə etmə sahəsində çoxsaylı mükafat və müvəffəqiyyətlər əldə etmiş beynəlxalq səviyyəli ekspertdir.



 


Satış üzrə 30 illik təcrübəyə malik Maykl Benq müxtəlif malların, xidmətlərin və investisiyaların cəlb edilməsində nəzəriyyəni,  bir çox real və praktik olaraq istifadə olunan nümunələri uyğunlaşdırır. Nəticədə isə, iştirakçılar qısa bir müddətə effektiv və eyni zamanda sadə satış sisteminə yiyələnirlər.


 



Maykl Benq "Panasonic, Heineken, Nestle, Whirlpool, Toyota, Toshiba, Renault, Volvo, Land Rover, Unilever, Meqafon" kimi dünyada tanınmış bir çox şirkətlərin personallarının təlimiylə məşğul olub. Maykl Benq dünyada satış üzrə ən tələb olunan təlimçilərdən biridir. Hər il Maykl Benq 10 000 menecerin iştirakıyla toplamda 150 təlim keçirir.


 


Maykl Benq təlimlərində iştirak etməyin əsas faydaları:


 



 - Sadəlik, praktiklik və əldə olunmuş informasiyanın tətbiq edilməsi


 - Daha yüksək satış nəticələri


 - Satış departamentindən vahid komandası


 - Şirkət xidmətlərinin yaxşılaşması


 - Şirkətin razı və loyal müştəriləri


 - Rəqabət mübarizəsində qələbə


 - Əldə edilmiş biliklərin tətbiqi üçün iştirakçıların yüksək energetikası


 


Məqsədli auditoriya:


 


- Şirkət rəhbərləri.


- Satış üzrə direktorlar.


- Marketinq üzrə direktorlar.


- Satıcılar və ticarət agentləri.


- Rəhbərlər və müştəri xidmətlərinin işçiləri.


- Biznesin sahibləri


- Şirkətlərin daxili trenerləri


 


Xatırladaq ki , Maykl Benq-in 2006–2007-ci  illərdə Bakıda keçirdiyi təlimləri Azərbaycanın 100-dən çox aparıcı şirkətindən 400 nümayəndə ilə böyük müvəffəqiyyətlə keçirilmişdir.


 



Təlimlərdə iştirak etmiş şirkətlər satışlarında böyük sıçrayışı və öz sənayelərində bazar payının artımını qeyd etdilər. 2013-cü ildə keçirilək Maykl Benq təlimləri proqramı əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir və real biznesdən yeni bölmələrlə və nümunələrlə zənginləşdirilmişdir.


 


Təlimlərin təşkilatçısı - Successful Strategies şirkətidir.


 


Ətraflı məlumat:


(012) 437 58 50, (050) 244 40 58


Email: info@sss.az


 



Keçirilmə məkanı - Park Inn Azerbaijan Hotel.


23 avqust 2013-cü ilə qədər seminara qeydiyyatdan keçmişlər 10% endirimdən yararlanmış olacaqlar.