7-29 sentyabr tarixlərində Worldcard-la alış-veriş edin və xərclədiyi məbləği geri qazanan şanslılardan olun.


 


“YapıKredi Bank Azərbaycan”-ın təqdim etdiyi "Worldcard" 1yaşı tamam olur. Bu münasibətlə də  "Worldcard"lıları sürprizlər gözləyir. Sürprizlərdən biri lotoreya kampaniyasıdır. Beləki, Sentyabr ayının 7- 29-u arasında alış-veriş edən bütün kart sahibləri oktyabrın 5-də keçiriləcək lotoreyada iştirak edəcək.


 



Lotoreyanın şərtlərinə görə, bu tarixlər arasından bir  şanslı gün  seçiləcək və bu şanslı gündə alış-veriş etmiş "Worldcard" sahiblərinin xərclədikləri məbləğ balanslarına geri qaytarılacaq.


Yəni siz Sentyabr ayının 9-da 900 manatlıq alış-veriş etmisinizsə və lotoreya çəkilişi zamanı məhz 9 sentyabr şanslı gün olaraq çıxıbsa, sizin xərclədiyiniz 900 manat yenidən balansınıza yüklənəcək.


 



Qeyd edək ki, kampaniya yalnız World Üzv Ticarət Obyektlərində Yapı Kredi POS terminalları ilə edilən alış-verişlərdə keçərlidir. Kampaniya nəticəsində maksimum geri yüklənilən məbləğ isə 2000 AZN-dir. 2000 AZN üzəri alış-veriş edən qalib kart sahiblərinin balansına 2000 AZN yüklənəcək və qalan pul borc olaraq qeydə alınacaq.


 



Bundan əlavə, kampaniya müddətində Worldcard-ı olmayanlara kampaniya müddətində əldə edəcəkləri kart üçün birinci ilin üzvlük haqqı hədiyyə ediləcəkdir.



Azərbaycanın qazandıran kartı "Worldcard"ın 1 yaşında da siz qazanan tərəf olacaqsınız."Worldcard"la bağlı bütün yenilikləri www.worldcard.com.az saytında və Facebook Fan səhifəsində izləyin.