RED APPLE və Rusiyanın hava yolları şirkəti AEROFLOT birgə yeni layihə elan edirlər!Siz bütün dünyaya reklamın əsl mədəniyyət olduğunu sübut etməyə hazırsınız? "Mançester Yunayted" da ölkənizi layiqincə təmsil edəcəyinizi sübut etmək istəyirsiniz?O zaman bu məlumat sizin üçündür!



Biz sizə beynəlxalq AEROFLOT RED DEVİLS müsabiqəsində öz gücünüzü sınamağı və Mançester derbinının oyunlarından birinə səyahət şansı qazanmağı təklif edirik. Müsabiqənin çərçivəsində RED APPLE və AEROFLOT şirkəti böyük potensiallı, kreativ düşüncəli kreatorlara mətbuat və OON üçün videoçarxla key Visualın ssenarisını hazırlamağı təklif etdilər. Burada "AEROFLOT" un dünyanın ən məşhur və titullu klublarından biri olan "Mançester Yunayted" ilə əməkdaçlığının üstünlükləri nümayiş olunmalıdır.



Müsabiqəyə dünyanın hər yerindən art-direktorlar, dizaynerlar, kopirayterlar və digər yaradıcılıq sahələrində çalışan istedadlı insanlar dəvət olunur. Təqdim olunan işlər "RED APPLE" ın beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı layihələrin qalibləri sentyabrın 27-si ICON HALL klubunda keçiriləcək "RED APPLE 2013" festivalının mükafatlandırma mərasimində elan olunacaq.



Müsabiqə haqqında məlumatı http://festival.ru/aeroflothttp://www.slideshare.net/Aeroflot_Contest saytlarından, həmçinin https://www.facebook.com/aeroflotreddevils Facebook səhifəsindən əldə edə bilərsiniz. Müsabiqənin iştirakçısı olmaq şansını qaçırmayın, bəlkə elə siz "Mançester Yunayted" ın oyununda iştirakedəcəksiniz.