Dünyada sürətlə populyarlıq qazanan Twitter sosial şəbəkəsi Azərbaycanda da tanınır və müəyyən istifadəçi kütləsinə malikdir.


 


Ölkəmizdə bir çox sosial aktiv insanlar bu şəbəkədən istifadə edir. Twitter-in Azərbaycan seqmentində trendləri, aktiv mikrobloqerləri və reytinqi müəyyən edən aztwi.com saytı, azərbaycanlı istifadəçilərin tez-tez müraciət etdiyi  bir xidmətdir. Lakin qeyd etməliyik ki, Azərbaycanda başqa ölkələrlə müqayisədə Twitter istifadəçiləri o qədər də çox deyil. Bəzi insanlar isə hətta bu sosial şəbəkədə qeydiyyatdan keçsələr də, ya istifadədə çətinlik çəkirlər, ya da çox gec-gec istifadə edirlər.


 


Bunu nəzərə alaraq, aztwi.com saytının sahibi olan Hajizade Group şirkəti Twitter istifadəçiləri və ümumiyyətlə bu sosial şəbəkə ilə maraqlanan insanlar üçün sentyabr ayının 7–si saat 14:30 – da Park Inn otelinin “Nəsimi” zalında “Twitter-i kəşf et” adlı seminar keçirmək qərarına gəlib.


 


Seminarda məruzəçilər qismində marketoloq Zaur Darabzadə, İKT və SMM üzrə mütəxəssis Fərhad Ələkbərov və Hajizade Group şirkətinin baş direktoru Əli Hacızadə çıxış edəcəklər.


 


Seminarda iştirak etmək üçün info@aztwi.com ünvanına adınızı, soyadınızı və Twitter hesabı adınızı göndərməyiniz lazımdır.


 


Seminarda iştirak edəcəyinizi bildirən məktub sizə gün ərzində göndəriləcək*. Həmçinin, sizi maraqlandıran sualları yuxarıda qeyd olunan elektron poçt ünvanına və ya @AztwiSupport hesabına yaza bilərsiniz.


 


Seminarda iştirakçılara Twitter-in Azərbaycan seqmenti üzrə indiyə kimi açıqlanmayan maraqlı statistik məlumatlar təqdim ediləcək.


 


*Qeyd edək ki, seminarda yalnız iştirakları haqqında təsdiq məktubu almış insanlar iştirak edə biləcək.