Hollywood ulduzu Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı Millanın televiziya reklamında çəkilmək üçün bugün səhər Bakıya gəlib. Bruketa&Zinic OM Bakı reklam agentliyi və Milla şirkəti son dörd ay ərzində bu kampaniyanın hazırlanması və Xanım Jovovichin Bakıya səfəri üçün  hazırlıqların görülməsi üzərində işləyiblər.


 


Milla Jovovich, Amerikanın A-class ulduzu, beynəlxalq səviyyədə şöhrəti "The Fifth Element", "Resident Evil", "Return to the Blue Lagoon" filmlərindəki rolları sayəsində qazanıb. O, Rusiyadan və Serbiyadan olan valideynlərin ailəsində Ukraynada anadan olub və Rus dilini öz ana dili hesab edir. O, bir çox məşhur dünya brendlərini tanıtmış və onlar üçün modellik etmişdir və indi musiqi layihələri və öz prodüser şirkətinə xüsusi diqqət ayırmaqla yanaşı özünün aktyorluq karyerasını davam edir.


 



Milla Jovovich dörd gün ərzində Azərbaycanın tarixi və müasir yerlərində Milla brendi üçün imic kampaniyasında çəkiləcək. Reklam çarxı bu payız TV-də yayımlanacaq.


 



Helena Rosandic, Bruketa & Zinic OM Bakının icraçı direktoru bildirib: “Biz Milla Jovovichin Bakıda olmasına şadıq. Biz Milla brendinin dəyərlərini - üstün keyfiyyətli, sağlam, yenilikçi - əks etdirəcək brend səfirini axtaran zaman bu ideaya gəldik. Biz Milla Jovovichin tam uyğun olduğu gördük. Biz inanırıq ki, bu strategiya istehlakçıların etibar edə biləcəyi yüksək keyfiyyətli süd məhsulları kimi müştərimizin imicini gücləndirəcək. Son bir neçə il ərzində Bakıda çoxlu məşhur qonaqlar olub amma bu ilk dəfədir ki, Hollywood A-class ulduzu tərəfindən brend tanıdılır və Azərbaycanın qabaqcıl və zəngin marketinq mühitinin yaranmasını sübut edir.”


 



Bruketa&Zinic OM Bakı Xorvatiya, Avstriya, Serbiya və Azərbaycanda əsası qoyulan Bruketa&Zinic OM Qroupun bir hissəsidir və yaxınlarda AdAge, marketinq və media ictimaiyyəti üçün aparıcı qlobal xəbər mediumu, tərəfindən "2013-ün Ən Yaxşı Beynəlxalq Kiçik Agentliyi" adına layiq görülmüşdür. Azərbaycan bazarındakı 3 ildən az fəaliyyəti ərzində şirkət Milla, Paşa Bank, Paşa İnşaat, Nar Mobile Kempinski Badamdar Hotel, The Club Port Baku, Auto Azerbaijan kimi bir çox başqa Azərbaycan şirkətləri üçün heyran edici sayda innovativ və yüksək səmərəli reklam kampaniyaları yaradıb. Layihə üçün PR xidmətləri P World Azerbaijan tərəfindən təmin edilir.