Artıq 3 ildən çoxdur ki Paytaxt Gənclərini əhatəsində birləşdirən IB Club adlı Gənclər Mərkəzi fəaliyyət göstərir. Üzv sayı artıq 4000-ə yaxınlaşan mərkəz Gənclərin inkişafı və əyləncəsi istiqamətində hər ay 100-dən çox tədbirin təşkilatçısı olur.


 


IB Club-un mətbuat xidmətindən bildirilir ki, ötən ay Gənclər üçün 136 ödənişsiz inkişaf və əyləncə tədbirləri təşkil olunub.

Keçirilən təhsil istiqamətli tədbirlər aşağıdakılardan ibarət olub:


 



- İngilis dili üzrə 93 danışıq klubu, Rus dili üzrə 21, Alman dili üzrə 10 danışıq klubu keçirildi. Avqust ayı ərzində 3 dil üzrə isə ümumilikdə 124 Conversation Club təşkil olundu. Danışıq klublarında üzvlük müqabilində iştirak ödənişsizdir.


 



- Ötən ay ərzində ümumilikdə müxtəlif sahələri əhatə edən 6 seminar keçirildi. Seminarlar ödənişsiz və aşağıdakı mövzular üzrə keçirildi:



1. Uğurlu Cv yazılması və İntervyu prosesi seminarı  - Xanım Həmzəyeva-nın təqdimatında,
2. Nəyi Satırıq – Satış seminarı  - Anar Bayramov-un təqdimatında
3. Yenilənmiş Marketing seminarı  - İlkin Manafov-un təqdimatında
4. Qorxulardan necə xilas olmalı seminarı  - Sürəyya Səfərova-nın təqdimatında
5. Xaricdə təhsil seminarı  - Fikrət Cəfərov-un təqdimatında
6. Xaricdə təhsil seminarı  - Teymur Məmmədov-un təqdimatında


 



IB Club Gənclər kitabxanasından ötən ay 471 Gənc kitab götürüb.


 



Təhsillə bərabər intellektual əyləncəni əsas götürən Gənclər mərkəzi tərəfindən 3 dəfə olmaqla Mafia oyunları və kino günləri keçirilib. Klub üzvləri üçün ödən ay İsmayıllı rayonuna 1 günlük tur da keçirilib.



Artıq 4-cü ilində doğru addımlayan Gənclər mərkəzinin fəaliyyəti davamlıdır və hər ay üzvlərinə müxtəlif istiqamətli tədbirlərdə ödənişsiz iştirak imkanı yaradır. Sentyabr ayı ərzində gənclər üçün yuxarıda göstərilmiş tədbirlərlə bərabər, Azərsun Duz zavoduna ekskursiya da keçiriləcək.


 



Xatırladaq ki, IB Club hal-hazırda Azərbaycanın Birinci Gənclər Klubu olmaqla bərabər, Gənclər Sektorunda bir ilk olma ünvanını da daşıyır.