Telekommunikasiya sahəsinin nəhənglərinən biri olan Vodafone şirkəti kreativ dizayn agentliyi The Brand Union-un köməkliyilə yenilənən vizual logotipini izləyicilərinə təqdim etdi.


Yenilənən logo hələ də Vodafone ilə bütünləşən “tərs vergülünü" özündə saxlayır. "Inkişafın katalizatoru" olma xüsusiyyətini özündə əks etdirən qırmızı diaqonalın əlavə olunmasıyla yaradılan yeni logo hərəkətli media platformaları üzərində istifadə olunacaq.
Dəyişikliyi qiymətləndirən Vodafone Marka Group direktoru "Barbara Haase"-nin sözlərinə görə, "Yeni vizual loqotip tam olaraq Vodafone-u izah edir. Statik deyil, hər daim hərəkətliyik və texnologiyamızıdan istifadə edən hər kəsi daha güclü edirik" deyir.