BUYBRAND Expo - əməkdaşlıq biznesi sahəsində payızın əsas işgüzar tədbiridir. 2-4 oktyabr tarixlərində Moskvanın "Ekspo mərkəzində" françayzinq və BUYBRAND Expo-nun investisiya və əməkdaşlıq imkanları üzrə Moskva Beynəlxalq Biznes Forumu keçiriləcək. 2003-cü ildən başlayaraq, Rusiyada ilk dəfə olaraq françayzinq üzrə biznes sərgisi keçirilmişdir və BUYBRAND Expo bu gün B2B sahəsində dünya tədbirlərinin TOP-5-liyə yer alır.



BUYBRAND Expo 2013:




- 10 000 kvadrat metr sərgi sahəsi;


- 250-dən çox biznes-konsepsiya, dünyanın müxtəlif ölkələrindən investisiya və əməkdaşlıq qərarları;


- 70 spiker və Beynəlxalq konqressin 1400 iştirakçısı - forumun işgüzar proqramı;


- İşgüzar partnyor axtarışında olan 8000-dən çox Rusiya və xarici sahibkarlar.




Forumun sərgi ekspozisiyası xidmət sahəsindən, pərakəndə ticarətdən, ictimai qidalanmadan françayzinq modellərini, həmçinin kiçik və orta biznes üçün bank məhsullarını və mühasibat, hüquq xidmətləri, mağazalar üçün avadanlıq kimi əlaqəli xidmətləri də birləşdirəcək. Şirkət iştirakçıları "Böyük Britaniya, Rusiya, Avstraliya, İtaliya, ABŞ, Avstriya, Fransa, Yunanıstan, Portuqal, Belçika, Almaniya, Ukrayna, Qazaxıstan, Türkiyə, Yaponiya, İspaniya" və s. kimi ölkələrlə təqdim olunacaqlar.




Sərgi ekspozisiyasının iştirakçıları arasında: "Стардог!с, Елки-Палки, Гемотест, Планета Суши, Смешарики, Cherutti, Carls Junior, Motivi, Tom Tailor, Kira Plastinina, Bogner Jeans, Giovanni Botticelli, Dunkin Donuts, Coffeeshop, Lavazza Espression, SUBWAY, Sbarro, Baskin Robbins, Айкрафт Оптика, BAON, Перекресток, Инвитро, TELE 2, Банк Уралсиб, Сбербанк, Il Patio, Зенит" və digər məşhur markalar yer alacaq.




Forumun işgüzar proqramı françayzinq və marketinq sahəsində aparıcı Rusiya və xarici ekspertləri bir araya toplayacaq, həmçinin Rusiya Federasiyasının tanınmış biznes sahibkarları və baniləri BUYBAND Expo-da öz karyera təəcrübələri ilə bölüşəcəklər.




Forumun əsas missiyası: biznesin idarə olunma konsepsiyalarının yayılması vasitəsilə Rusiya bazarının investisiyasının artımı, beynəlxalq səviyyədə təcrübə mübadiləsi, dünya iqtisadiyyatına inteqrasiyasıdır. Forum Rusiya françayzinq federasiyasının, "TPP" Rusiya assosiasiyası "ОПОРА Россия"-nın dəstəyi ilə keçirilir.



Qeyd edək ki, Facemark.az bu il keçirləcək "BUYBRAND Expo 2013" tədbirinin də media partnyorudur.