Vital MMC Azərbaycanda ilk dəfə olaraq işə düzəlmə sahəsində VideoCV və VideoMüsahibə xidmətlərini tətbiq etməyə başlamışdır. Şirkətin yaratdığı işə düzəlmə saytı həm iş axtaranların, həm də şirkətlərin vaxtına, enerjisinə və puluna qənaət prinsipləri üzərində qurulubdur.
Şirkət eyni zamanda öz xidmətlərinin tanıdılması istiqamətində 16.09.2013 tarixindən etibarən “Hər şeyin təzəsi, dostun köhnəsi” müsabiqəsinə başlayır. Müsabiqədə iştirak etmək üçün istənilən şəxs www.vitalcv.com saytında qeydiyyatdan keçərək öz profil məlumatlarını doldurmalı və özü barəsində qısa (30-90 saniyəlik) məlumat xarakterli video çəkərək sayta yerləşdirməlidir. VitalCV saytından qeydiyyatdan keçmiş hər bir kəsin xüsusi dəvət linki olacaq. Həmin link vasitəsi ilə iştirakçılar öz dostlarını bu sayta dəvət edə biləcək. Müsabiqənin qalibi şirkətin veb səhifəsinə ən çox istifadəçi dəvət edən şəxs olacaqdır.
Qalib Dubayın beş ulduzlu otellərindən biri olan Mövenpick Dubai Jumeirah Beach-də 6 gün müddətinə 2 nəfərlik istirahət paketini əldə edəcək. İkinci yerin sahibinə İphone 5, üçüncü yerin sahibinə isə Samsung Galaxy S4 telefonu təqdim ediləcəkdir. Qeyd edək ki, müsabiqə 31.10.2013-cü il tarixində bitəcəkdir. Müsabiqənin şərtləri və qaydaları barəsində daha ətraflı məlumatı saytdan və ya şirkətin facebook səhifəsindən əldə etmək olar.
Qeyd edək ki, Vital MMC şirkəti İnfipro Vençur şirkətinin maliyyə dəstəyi ilə 2012-ci 3 dekabrda təsis edilmişdir.