Yanvarın 31-dən etibarən Azərbaycanda ilk dəfə bir neçə xidməti bir araya gətirən və beləliklə istifadəçilərə çeviklik təklif edən məlumat-sorğu xidməti istifadəyə verilir. 118 məlumat-sorğu xidməti bütün Azərbaycanı əhatə etməklə üç dildə təqdim olunur.
“Soruşmaq Ayıb Olmasın?!” lozunqu ilə Bakı şəhərinin müxtəlif yerlərində reklam olunan 118 məlumat-sorğu xidməti bununla yanaşı sosial şəbəkələrdə də aktiv müzakirə mövzusuna çevrilmişdir. Lozunqun açıqlaması məhz xidmətin üç rəqəmdən ibarət olan sadəcə 118 qısa nömrəsidir ki, istənilən zaman, istənilən yerdən, lazımi məlumatın əldə edilməsi üçün nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, 118 məlumat-sorğu xidmətinə zənglər həm şəhər telefonlarından, həm də Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlardan sadəcə 118 yığmaqla mümkündür. Hal hazırda Azərbaycanda ən geniş məlumat bazalarından birinə malik olan 118 xidmətinə məlumat-sorğu funksiyasından başqa turizm, xatırlatma xidməti, yolda təmir xidməti, alternativ maşın xidməti, evakuator və ayıq sürücü kimi xidmətlər də daxildir. Xidmətin üstünlüklərindən biri azərbaycan, rus və ingilis dillərində təqdim olunmasıdır. Bununla yanaşı həftənin 7 günü, 24 saat ərzində istifadəçilərə xidmət göstərən 118 məlumat-sorğu xidmətinə Azərbaycanın istənilən yerindən zəng etmək mümkündür. Bunun üçün prefikssiz sadəcə 118 qısa nömrəsini bilmək kifayətdir.
Təqdim olunan xidmətin dəyəri istifadəçilərin tələbatı və imkanlarını nəzərə alaraq dəqiqəsi 0.472 qəpik olaraq müəyyən edilmişdir. Xidmət bazasını genişləndirməkdə davam edən 118 məlumat-sorğu xidməti yanvarın 31-dən fəaliyyətə başlayır.