“Havas Worldwide Baku” “Atena” MMC üçün “Faydalı istedadlar” adlı rəqəmsal layihəyə start verib. Qarşıya qoyulan əsas məqsəd brend haqda yaranmış müsbət imicin möhkəmləndirilməsi və ferma südündən hazırlanan məhsulların təbliğ edilməsi olmuşdur.


 



Yaradıcı konsepti “Havas Worldwide Baku”ya məxsus olan rəqəmsal layihənin ssenarisinə əsasən hər biri müxtəlif bacarığa malik üç inək - Meri, Françesko və Maqdalena təşkil olunan müsabiqədə iştirak etmək üçün Avropadan “Atena” fermasına təşrif buyurublar. Onlardan Meri yemək bişirməyi, Françesko musiqini, Maqdalena isə idmanla məşğul olmağı çox sevir. Facebook sosial şəbəkəsi vasitəsilə öz istedad və bacarıqlarını nümayiş etdirən inəklər topladıqları səslərlə müsabiqənin qalibi olmaq üçün mübarizə aparırlar. İstifadəçilər bu istedadlılara dostluq göndərməklə onlar haqda daha ətraflı məlumat əldə edə bilərlər. Üç ay davam edəcək layihənin sonunda səsvermə nəticəsində qalib olacaq inəyin şəkli “Atena” məhsullarının qablaşdırmalarının üzərinə vurulacaq.



 


“Havas Worldwide Baku” -  yaradıcı heyət



 


Digital direktor: Tərlan Useynov,


SMM menecer: Samir Eynulla,


Müştəri ilə iş üzrə menecer: Türkan Əliyeva,


Yaradıcı qrup.


 


“Prosper” production şirkəti



 


Art direktor və animasiya: Orxan Culfayev.


İllüstrator: Tural Xəlili.


Səs qurucusu: Səbuhi Nəzərəliyev.


Skriptrayter: Rəşad Kərimli, Aydan Qarayeva.


Layihə meneceri: Aydan Qarayeva.


 


franchessco - İncəsənət Ledisi




Merry - Aşbazlar Şahzadəsi



 magdalena - İncə Velosipedçi