Gündə yüzlərlə kart sahibi Unibank tərəfindən Facebook üzərindən yaradılmış unikal və ekskluziv platforma olan Qoşul, Fərqlən, Faydalan kampaniyasına qoşulub ballar yığaraq, ALBALI KART ilə etdikləri alış-verişlərinin nəticəsində möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.http://goo.gl/tYSd87


“Qoşul, Fərqlən, Faydalan” platforması ALBALI kart istifadəçiləri üçün yeni və əlverişli imkanlar təqdim edir. ALBALI kartla 3 və daha çox taksitlə edilən alış-verişlər sahibinə ballar qazanıb müxtəlif hədiyyələr əldə etməyə imkan verir. Bu fürsətdən yararlanmaq üçün kart sahibləri Facebook sosial şəbəkəsində “Qoşul, Qazan, Faydalan” platformasından ALBALI kartını qeydiyyatdan keçirməlidir. Kart qeydiyyatdan keçdikdən sonra seçilmiş partnyorlarda edilən əməliyyatlar haqqında məlumatı Facebook sosial şəbəkəsində bölüşərək, ALBALI xalları toplayıb, daha sonra müxtəlif hədiyyələr əldə edə bilərlər.


 


Toplanan ballar nə verir?


Hədiyyələr müştərinin müraciət anında etibarən 30 iş günü ərzində təqdim ediləcək. Kart sahibi hədiyyəni pul ekvivalentində də ala bilər. Bu halda ona hədiyyənin bazar dəyərinin 70%i həcmində pul vəsaiti ödənilir. Toplanılan xallar haqqında məlumatı müştəri Facebook aplikasiyadan ALBALI Şəxsi kabinətə daxil olaraq əldə edə bilər.Toplanan ALBALI xalı hədiyyəni əldə etməyə kifayət edərsə, hədiyyənin kodunu unidirect@unibank.az email ünvanına göndərmək tələb olunur. Taksit sayı 3 olan əməliyyatın hər 100 manatı 50 Albalı xalına bərabərdir. Xallar “Qoşul, Fərqlən, Faydalan” platformasında qeydiyyatdan keçdikdən sonra hesablanmağa başlayır və qeydiyyatdan əvvəl kartla keçirilən alış-verişə şamil olunmur.


 


Taksit ayları artdıqca, hər 100 manata düşən ALBALI xalının həcmi də çoxalır. Taksit sayı 15 olan əməliyyatın hər 100 manatı isə 150 ALBALI xalına bərabər götürülür. ALBALI xallarınızdan hansı hədiyyələri qazanacağınızı da elə indi öyrənə biləriniz: (http://albali.az/files/albali_points.pdf).


Bu da son deyil. Artıq ALBALI kart sahibləri yeni aplikasiya sayəsində Facebook uzərindən birbaşa şəxsi kabinetə daxil ola biləcəklər. Burda aparılan əməliyyatlar, borclar və digər məlumatları ala biləcəklər.


“Qoşul, Fərqlən, Faydalan” platformasına elə indicə burdan qoşulun, fərqlənin və faydalanın. Əlavə məlumat üçün 117 nömrəsinə zəng edin, və ya Unibankın facebook səhifəsini ziyarət edin (www.facebook.com/unibank.az)