“Komtec LTD” MMC şirkətinin verdiyi məlumata əsasən, şirkət MilliÖN terminallarında VVAQ xidmətləri barədə məlumatın alınmasını və dövlət rüsumlarının ödənilməsini reallaşdırdı. Bu xidmət  Bakı şəhərində qeydiyyat orqanlarının yalnız 12 filialında mümkündür. Məlumat və ödəmələr üçün “Qeydiyyat orqanı” düyməsinə basmaq gərəkdir. Sonra müvafiq xidməti seçib, məbləği daxil edib, qəbzi götürə bilərsiniz. Bu yenilik həmçinin vətəndaşlara terminallar vasitəsilə şəhadətnamələrin alınması üçün gərəkli sənəd və arayışlar, tarixlər, prosedurlar barədə və digər faydalı məlumat almağa yardımçı olacaqdır.


 


VVAQ xidmətinə növbəti sənədləşdirmələr və sənədlərin verilməsi daxildir:


Doğumun qeydə alınması


Nikahın qeydə alınması


Nikahın pozulmasının qeydə alınması


Övladlığa götürmənin qeydə alınması


Atalığın müəyyən edilməsinin qeydə alınması


Adın, ata adının və soyadının dəyişdirilməsinin qeydə alınmas


Ölüm qeydə alınması


Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnəmələrin verilməsi


Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnəmələrin dəyişdirilməsi


 


Ödənişli rüsumların ödənilməsinin komissiyası 1 AZN-dir. Məbləğin köçürülməsi real rejimdə aparılır.


MilliÖN şəbəkəsi Azərbaycan üzrə beş mindən çox ödəmə nöqtəsindən ibarətdir. Terminalların sayı isə min üç yüzdən çoxdur. MilliÖN ödəmə sistemində hazırda 55-dən çox kütləvi xidmət müəssisələri fəaliyyət göstərir, və bunların arasına mobil rabitə, kabel televiziyası, internet provayderlər, kommunal müəssisələr, aparıcı banklar və qeyri-bank təşkilatları daxildir.