Ticarətin həyata keçirdiyi pərakəndə mal dövriyyəsi milli gəlirin yığım istehlak fonduna bölünməsi, əhalinin pul gəliri, xalq istehlakı malları istehsalı, habelə digər mühüm göstəricilər ilə bilavasitə əlaqədardır. Pərakəndə ticarət müəssisələrinin əsas iqtisadi göstəricisi pərakəndə satış mal dövriyyəsidir. Satış kanallarının xarakterindən asılı olmayaraq istehlak istehsal vasitələri mallarının əhaliyə nəğd pula nisyə satılmasına pərakəndə satış mal dövriyyəsi deyilir. Bu dövriyyə nəticəsində mallar tədavül sferasından çıxır , alqı-satqı vasitəsilə onların dəyər forması dəyişilir bir tərəfdən istehsal sahələrində yaranan məhsulların dəyəri ödənilir, digər tərəfdən isə ticarət müəssisələrinin ümumi gəliri artır. Pərakəndə satış mal dövriyyəsinə nəğd hesablaşmalar vasitəsilə kredit kartları bankların hesab çekləri üzrə, əmanətçilərin hesablarindan köçürmələr hesabına, nisyə satılan uzunmüddətli malların nümunələr üzrə və s. formalarda əhaliyə satılan istehlakmallarının məcmu dəyəri daxildir.


Müasir şəraitdə pərakəndə satış mal dövriyyəsi mülkiyyətçilik mənsubiyyətinə görə geniş formada fərqləndirilir. Bunu aşağıda verilən cədvəldən daha aydın görmək olar.



ümumi pərakəndə satış mal dövriyyəsi 1990-2002-ci illər ərzində xeyli artmışdır. Lakin dövlət pərakəndə satış mal dövriyyəsinin xüsusi çəkisi xeyli azalmışdır. Qeyri-dövlət ( özəl ) pərakəndə satış mal dövriyyəsinin xüsusi çəkisi isə müvafiq illərdə artmaqdadır. Respublikada qeyri-dövlət ( özəl ) pərakəndə satış mal dövriyyəsinin inkişafı ölkədə iqtisadi islahatların aparılması ticarətin özəlləşmə prosesinin daha surətlə həyata keçirilməsi ilə əlaqədardır.


Pərakəndə ticarət müəssisələri bir çox funksiyaları həyata keçirirlər. Bu funksiyalar özləri üç qrupda birləşmişlər:


· operativ-ticarət funksiyası ;


· təsərrüfat xidməti funksiyası ;


· idarəetmə planlaşdırma funksiyası .


Birinci funksiyaya, yəni operativ-ticarət funksiyasına aşağıdakılar daxildir:


- əhalinin tələbinin öyrənilməsi- bu zaman bazar seqmentləşdirilir, yəni alıcı qruplarına ayrılır. Hər alıcı qrupuna müvafiq olaraq, onların tələbinə uyğun mal bazara çıxarılır ;


- mal verənlərdən malların alınması- pərakəndə ticarət müəssisələrinin mal verənləri topdan ticarət müəssisələridir. Onlar mal verənlərdən malların alışını müxtəlif formada həyata keçirirlər.Onların ən sadəsi malların topdan alışıdır. Bu, bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, malların istehsaldan heç bir topdan ticarət vəsiləsi olmadan pərakəndə ticarət müəssisələrinə çatdırılması deməkdir. Əgər malların istehsaldan pərakəndə ticarətə hərəkəti zamanı bir topdan satış bazası vasitəçilik edərsə, bu topdan mal alışının bir vəsiləli forması, iki, üç, dörd topdan mal satışı bazası iştirak edərsə, müvafiq olaraq iki, üç, dörd vəsiləli mal satışı forması adlanır ;


- malların qəbulu, saxlanması ticarət şəbəkəsinin təchiz edilməsi- malların qəbulu saxlanılması prosesi pərakəndə ticarət müəssisələrinin anbarlarında həyata keçirilir. Lakin onlara anbarlara göndərmədən birbaşa ticarət şəbəkəsi ilə təchiz edildiyi hallar da müşahidə olunur ;


- hesablama-maliyyə əməliyyatları- büro müəssisələrinin tədavül xərcləti daxildir.


İkinci funksiyaya, yəni təsərrüfat xidməti funksiyasına aşağıdakılar daxildir:


- mağaza anbarların tikilməsi təmiri- mağazalar tikilərkən onların daxili quruluşu ölçüləri alıcı axının fasiləsiz hərəkətini onlara əlavə xidmət göstərilməsini təmin etməlidir. Mağaza binaları malları qəbul etmək, onları satışa hazırlamaq, saxlamaq və s. üçün kifayət qədər sahəyə malik olmalıdır. Qeyd edək ki, şəhərdə olan mağazaların əksəriyyəti binaların birinci mərtəbəsində yerləşir. Bunlar iki tipdə olur:


1.yaşayış binalarının birinci mərtəbəsinin tam ya bir hissəsini tutan mağazalar ;


2.yaşayış binalarında müstəqil tikilən mağazalar .


Pərakəndə ticarət müəssisələri fasiləsiz olaraq malla təchiz etmək üçün ticarət anbarları da xususi rol oynayır. Anbarların funksiyaları malları qəbul etmək, saxlamaq, sotlaşdirmaq, müxtəlif mal verənlərdən daxil olan malların keyfiyyətinə nəzarəti təşkil etməkdir :


- mağaza anbarların ticarət texnologiyası avadanlıqları, avtomatlaşdırma mexanizmləşdirmə vasitələri digər yardımçı materiallarla təchiz edilməsi. Bu zaman mağaza ticarət avadanlıqları ilə müxtəlif planlaşmaya uyğun quraşdırılır. Bunlar aşağıdakılardır :


1. xətti planlaşma- Burada avadanlıqlar bir xətt boyunca, paralel xətt boyunca, bucaq formasında, divarlar boyunca quraşdırılır ;


2. adavari planlaşmada avadanlıqlar ayrı-ayrı adacıqlar şəklində quraşdırılır ;


3. sərbəst planlaşmada mağazada avadanlıqlar mağazanın ticarət zalına uyğun olaraq quraşdırılır.


- nəqliyyat xidmətinin təşkil olunması ( yüklərin daşınması ). Bu xidmətdən daha çox iri malların daşınmasında istifadə olunur. Bu zaman çəkilən xərci ticarət müəssisəsi öhdəsinə götürə bilər, əks halda bu xərci mal alan ödəyir.


Üçüncü funksiyaya,yəni idarəetmə planlaşdırma funksiyasına aşağıdakılar:


- təssərüfat fəaliyətinin uçotu və ona nəzarət ticarət müəsisələrinin mal alışı prosesində uçot və nəzarət xüsusi kitablatda və şəxsi plan nəzarət kartoçkalarında aparılır. Bu zaman gündəlik nə qədər mal satılmasının və məbləğin həcminin uçotu aparılılır ;


- operativ rəhbərlik ;


- əməyin təşkili və s.


Göründüyü kimi pərakəndə ticarət müəsisələri təkcə idarə etmə funksiyasına deyil, operativ ticarət, kommersiya təssərüfat funksiyalarını da yerinə yetirir.