Filipp Kirkorov YouTube-da "Komediya həftəsi" parodiya layihəsi çərçivəsində "Trollinq" adlı klipə çəkildi. Bunun üçün o, "Uçduq" adlı mahnısını ifa etdi və bununla da tənqidçilərin rəylərinə cavab vermiş oldu. Hal-hazırda video çarxın izləmə sayı 417 mini keçib.



Klipin ideya müəllifi MuZLO layihəsidir. "Burada Böyük fərq" parodiya verilişinin ssenaristləri, rejissorları və parodiyaçıları çalışırlar. Onlar rus ifaçılarının ən reytinqlı, qalmaqal yaradan kliplərinə parodiyalar çəkməklə onlardan MUZLOhit etmək fikrindədilər.


Kirkorovdan başqa Timoti, Kseniya Sobçak, Nikolay Baskov, Nyuşa və "Serebro" qrupuna da parodiyalar edilmişdir.