İqtisadi və Sosial İnkişaf Mərkəzində (İSİM) “Məktəb Büdcələrinin Formalaşması və Səmərəli Xərclənməsi” layihəsi çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələri üçün 21-22 Sentyabr tarixlərində “Qeyri hökumət təşkilatları, məktəb rəhbərlikləri və təhsil idarələri arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda təlim təşkil edildi. Təlimin əsas məqsədi məktəblər, QHT-lər və təhsil idarələri arasında kordinasiyanın yaranmasının qarşısını kəsən problemlər və onların həlli yolları müzakirə edildi, bu barədə dünya ölkələrinin təcrübələri öyrənildi. Daha sonra təlim iştiraçıları problemin aradan qaldırıması üçün hansı vasitələrdən istifadə edilməsi haqqında səmərəli fikir mübadiləsi apardı, bu barədə tədbirlər planı hazırlandı.
Təlimdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri İSİM-in regionlarda keçirilən təlimlərində iştirak edərək yerli QHT-lərə, məktəb rəhbərliklərinə və təhsil idarələrinin nüməyəndələrinə mövzu barəsində təlimlər keçəcəklər.
Xatırladaq ki, təlim İSİM tərəfindən Macarıstandan dəvət edilmiş beynəlxalq təlimçisi Kiriy Noemi Ambrus tərəfindən aparıldı.
Layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.