“AtaBank” ASC-nin www.atabank.com internet səhifəsinin xidmətlər bölməsində bankın Azərbaycanda fəaliyyət göstərən POS-terminallarının siyahısı əlavə edilib. Hələlik siyahıda Azərbaycanın iri şəhər və rayonları  daxil olmaqla, 2988 xidmət göstərən POS-terminalların yerləşdirildiyi ünvanlar  göstərilib. Yaxın zamanlarda siyahıda bankın  ticarət obyektlərində yerləşdirdiyi bütün POS-terminalların yerləşdiyi ünvanlar yer alacaqdır. “AtaBank” ASC Azərbaycanda ən böyük POS-terminal şəbəkəsinə malik olan kommersiya bankıdır. Belə ki, bank  indiyə qədər ticarət obyektlərində 10 000-ə  yaxın POS terminal quraşdırmışdır. Bu da bütün banklar tərəfindən ölkə üzrə ticarət və xidmət obyektlərində quraşdırlmış cəmi POS-terminalların təxminən 30%-nə  bərabərdir.


 



Post  terminalların yerləşdirildikləri ünvanların saytda  göstərilməsi  müştərilərə  bankın cari ilin əvvəlində start  verdiyi  “Nağdsız  ödə, nağd qazan”  kampaniyasında  daha  fəal  iştirak  etməyə  imkan  verəcək. Qeyd edək ki, lotereya kampaniyası 31 dekabr 2013-ci il tarixinədək davam edəcəkdir. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.  


 


Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində,  nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir.