“Facebook” sosial şəbəkəsi bütün istiqamətlərdə daim inkişaf edir. Şəbəkə rəhbərliyinin yeni ideyası istifadəçilərə internetdə öz mobil qurğuları vasitəsilə alış-veriş etməkdə kömək məqsədi daşıyır.

“Auto-Fill with Facebook”
adlandırılan funksiya “Facebook”un “iOS” əməliyyat sistemi üçün nəzərdə tutulan əlavəsini tamamlayır. Funksiyanın köməyi ilə istifadəçi ona məxsus kredit kartı haqqında məlumatlar “Facebook”dakı profilində olduğu halda onları daxil etmədən internet mağazalarında alış-veriş edə bilər. Ödəniş etmək üçün yalnız ödəniş faktını təsdiq etmək lazımdır.

İlkin mərhələdə “Facebook” un tərəfdaşları qismində “Jack Threads” kişi geyimi mağazası və “Mosaic” foto servisi çıxış edib. Bu mağazaların əlavələrində alış-veriş edən zaman istifadəçilər yeni funksiyadan yararlana bilər. “Auto-Fill with Facebook” funksiyası hələ ki, sınaq mərhələsindədir və ondan yalnız məhdud sayda istifadəçilər yararla bilər.