“Google” şirkəti dünyanın müxtəlif ölkələrinin konstitusiyalarının bir yerdə toplandığı elektron arxiv açıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu təşəbbüs dövlətlərə öz konstitusiyalarının mətnlərini tərtib etmək üçün kömək məqsədi daşıyır.
Arxivi dövlətlərin əsas qanunlarında yer alan ayrı-ayrı müddəaları taparaq müqayisə edəcək axtarış alətlərinin köməyi ilə öyrənmək mümkündür. Belə arxiv bu yaxınlarda siyasi böhran yaşamış və ya hərbi münaqişə ilə üzləşmiş ölkələr üçün xüsusilə əhəmiyyət kəsb edir. Nyu-Yorkda arxivin rəsmi açılışında iştirak edən Tunis Prezidenti Monsef Mərzuki bildirib ki, Tunisdəki siyasi qüvvələr yeni konstitusiyanın layihəsi ilə bağlı razılığa gələ bilmədiyinə görə bu cür resurs onun ölkəsi üçün çox faydalı olacaq.