Ən yaxin gələcəkdə MilliÖN ödəmə sistemində daha bir yenilik gözlənilir –terminallarda artıq bank plastik kartı vasitəsilə ödənişi həyata keçirmək imkanı olacaq, bunu  Komtec LTD MMC-nin (MilliÖN brendinin sahibi) İcraçı Direktoru Söhrab Fərhadov bəyan edib.


 


Bunu bank kartlarında transaksiyaların sayının artmasında müşahidə edərək,  biz belə qərara gəldik ki, bu seçimi terminallara da daxil edək. Hal -hazırda əhalinin 56%-də maaş, təqaüd və sair bank kartların sahibidir, lakin aktiv istifadə edənlərin sayı 6-7% çox deyil. Əksər hallarda  bu müşahidə etmək olar: hər hansı bir şəxs məbləği bankomatdan çıxarıb, dərhal bizim terminallar vasitəsilə kommunal ödənişlər həyata keçirir. Biz qərara gəldik ki bu proceduru bir addım qısaldak. Bu da imkan verir ki, müştəri terminalda kartla nəğdsız ödəniş edə bilsin. (S.Fərhadov)


 



Bu yeniliyin üstünlüyü  ondan ibarətir ki, artıq üstündə nağd pul olmadan belə, sistem avtomatik karta olan pulu  istədiyiviz xidmətlərin hesabına köçürür.


Yüksək səviyyəli təhlükəsizlik bankın prosessinq mərkəzi (kart emitenti və qəbul edən bank) tərəfindən təmin edilir.


Hazırki tendensiya belədir ki, plastik kartların istifadəçilərinin sayı durmadan artmaqdadır və bu da nağd ödəniş əməliyyatlarının sayını azaldır. Biz bu cür hala, bu günə hazır olmalıyıq ki, gələcəkdə öz lider mövqeyimizi yenidən sübüt edək. (S.Fərhadov).



MilliÖN şəbəkəsi Azərbaycan üzrə beş mindən çox ödəmə nöqtəsindən ibarətdir. Terminalların sayı isə min üç yüzdən çoxdur. Ölkə üzrə MilliÖN ödəmə sistemində hazırda 55-dən çox kütləvi xidmət müəssisələri fəaliyyət göstərir, həmçinin arasına mobil rabitə, kabel televiziyası, internet provayderlər, kommunal müəssisələr, aparıcı banklar və qeyri-bank təşkilatları daxildir.