Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq öz diler şəbəkəsini genişləndirməkdə davam edir.


 


“Bakcell”in yeni dilerlərindən olan “Wentto Telecom” sayca üçünçü diler dükanını müştərilərin istifadəsinə verir. Təqdim etdiyi yüksək səviyyəli xidmət və ən tələbkar müştərinin maraqlarını belə qarşılama bacarığı ilə tanınan “Wentto Telecom” qısa müddət ərzində bazarda möhkəmlənərək öz diler mağazaları şəbəkəsini yaradıb.    


  


H.Cavid prospekti “B” 556/557 ünvanında yerləşən  üçüncü mağaza Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək. Burada yeni telefon modelləri, aksessuarlar və digər texniki yeniliklər əldə etməklə yanaşı, müştərilər “touch screen” monitorda istədikləri nömrənin axtarışını verə biləcəklər. Beləliklə, rahatlıqla mövcud nömrələri axtarmaq və qiymətini öyrənmək mümkün olacaq.


 



Gənc Bakcell abunəçilərini nəzərdən qaçırmayan diler mağazası onlar üçün xüsusi kampaniya keçirməyi planlaşdırır. Belə ki, 27 sentyabrdan başlayaraq tələbələr yalnız tələbə bileti və şəxsiyyət vəsiqəsilə ilkin ödənişsiz, uzunmüddətli kreditlə arzu etdikləri məhsulları əldə edə biləcəklər.