Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə avqust ayına aid hesabatında, “Bank of Baku” bu nominasiyada növbəti dəfə 1-ci yerdə qərarlaşıb. Hesablanan əmsala əsasən, ay ərzində Azərbaycan bankları arasında plastik kart sayına münasibətdə ən çox nağdsız əməliyyat məhz “Bank of Baku”-nun POS-terminallarında və bankomatlarında aparılıb.
Xatırladaq ki, Mərkəzi Bankın nağdsız ödənişlər üzrə may və iyul aylarına aid hesabatlarında da, “Bank of Baku” 1-ci yerdə qərarlaşmışdır. “Bank of Baku”-nun sədr müavini Abbas İbrahimov qeyd edir ki, nağdsız ödənişlərin əhatə dairəsini genişləndirməklə bank Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasını dəstəkləyir. “Bankımız bu sahədə Mərkəzi Bank ilə birgə işə ciddi önəm verməkdə davam edərək kredit kart xidmətlərini daha da genişləndirəcək”.
“Bank of Baku”-ya aid kredit kartları arasında Bolkart xüsusi çəkiyə malikdir. Bolkartdan istifadə edən Azərbaycan vətəndaşlarının sayı artıq 150.000-ni aşıb. Bu rəqəm, Azərbaycanın hissə-hissə ödənişli kredit kartları arasında ən yüksək göstəricidir. 2011-ci ilin payızında kütləvi dövriyyəyə buraxılan Bolkart bu gün də istehlakçıların marağına səbəb olur və hazırda 150.000-dən çox insan bu kredit kartından gündəlik istifadə edir. MasterCard loqolu kart onun sahibinə həm ölkə daxilində, həm xaricdə, həmçinin onlayn alış-veriş etməyə imkan verir.
“Bank of Baku”-nun kredit kartları barədə daha ətraflı: 145 Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku.